Quba icra hakimiyyətinin əməkdaşı təltif olundu
Quba Rayon İcra Hakimiyyətində medal təqdimetmə mərasimi keçirilib
18 avqust 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, icra hakimiyyətinin məsul şəxsləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Zeynalov Pərviz Akif oğluna medal təqdim olunmuşdur.
İcra başçısı İlqar Mahmudov Pərviz Zeynalovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.