media-01
29 sentyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Quba rayon Polis Şöbəsinin və Quba rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin akt zalında “Narkomaniyaya, erkən nikahlar və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda rayonun təhsil işçiləri ilə görüş keçirilmişdir.
Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba rayon Polis Şöbəsinin rəisi, Quba rayonu üzrə Təhsil sektorunun müdiri, Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin və Təhsil sektorunun məsul şəxsləri, təhsil müəssisələrinin rəhbərləri və bu sahədə çalışan digər rəhbər vəzifəli şəxslər iştirak etmişdir.
Çıxışlarda qeyd olumuşdur ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alınaraq erkən nikah yaşında olan gənclərin məlumatlandırılması və uşaq nikahlarının qarşısının alınmasına da diqqət artırılmalıdır. Bu məqsədlə müraciətlər və monitorinqlər zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, həmçinin nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması, uşaq nikahlarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi də təmin edilməlidir.
Həmçinin qeyd olunmuşdur ki, gənclərin, yetkinlik yaşına çatmayanların idmana, incəsənətə və ictimai faydalı əməyə marağını artırmaq, onları sağlam həyat tərzinə cəlb etmək, antinarkotik dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif yarışların və müsabiqələrin davamlı olaraq təşkili önəmli məsələlərdəndir.
media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07 media-08

media-728x90banner

Bənzər xəbərlər