media-65
2 iyul 2025-ci il tarixdə Polis işçilərinin peşə bayramı günü və Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba Rayon Polis Şöbəsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ADPU-nun Quba filialının direktoru, Quba Rayon Polis Şöbəsinin, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şimal bölgəsində regional şöbənin və Quba Regional Mühafizə şöbəsinin əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri qoyulmuş, sonra isə Quba Rayon İcra Hakimiyyətində xidmətdə fərqlənmiş bir qrup polis işçisi ilə görüş keçirilmişdir. Polis işçilərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda onları fəxri fərmanlarla təltif etmişdir.
media-66 media-64 media-65 media-67 media-68 media-69 media-600 media-601 media-602 media-603

media-728x90banner

Bənzər xəbərlər