Qubada görüş keçirildi
Ərməki kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
14 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Amsar kənd inzibati ərazi dairəsinin Ərməki kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, kənd sakinləri qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Ərməki kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.













