Qubada növbəti ağacəkmə aksiyası keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qubada növbəti ağacəkmə aksiyası keçirilib.
22 aprel 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin ərazisində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bir ağac, min nəfəs” devizi altında ağacəkmə aksiyası keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, həmçinin Rayon İcra Hakimiyyətinin və Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin kollektivi, tələbələr və gənclər iştirak etmişdir.
Tədbir çərçivəsində ərazidə müxtəlif növ ağac tingləri əkilmiş, onların qulluq qaydaları barədə iştirakçılara məlumat verilmişdir. Aksiya çərçivəsində əkilən ağacların gələcəkdə ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verəcəyi vurğulanmış, bu cür təşəbbüslərin davamlı xarakter daşımasının əhəmiyyəti qeyd olunmuşdur.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıqların artırılmasına dəstək olmaq və gənclər arasında ekoloji məsuliyyət hissini gücləndirməkdir.





















