Qubada qanvermə aksiyası keçiriləcək
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 iyul 2025-ci il tarixdə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçiriləcəkdir.
Qanvermə aksiyası saat 09:00-dan başlayaraq saat 18:00-dək davam edəcəkdir.
Rayonumuzun sakinlərini bu xeyirxah aksiyada fəal iştirak etməyə dəvət edir, hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.