media-72
Quba rayonunda “27 Sentyabr – Anım Günü” münasibətilə tədbir keçirilib.
“27 Sentyabr – Anım Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunmuş və onların ruhuna dualar oxunmuş, tədbirdə şəhidlərimizin əziz xatirələrinə dərin ehtiram bildirilmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışılmış, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksəldən, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağı vurğulamış, tələbələrin və şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir. Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə səmimi söhbət zamanı onlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin sonunda “27 Sentyabr – Anım Günü” ilə əlaqədar Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilmiş, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının və ictimai təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Məlumat üçün bildiririk ki, son bir neçə ay ərzində Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Şəhidlər Xiyabanında geniş miqyaslı abadlıq işləri həyata keçirilmişdir.
media-66 media-67 media-68 media-69 media-70 media-71 media-72 media-73 media-74 media-75 media-77 media-78 media-79 media-80 media-81 media-82 media-83 media-85 media-86

media-728x90banner

Bənzər xəbərlər