Qubada şəhidlərin xatirəsi anılıb
Quba rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb.
20 yanvar 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri, din xadimləri tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Quba rayon Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarlarına gül dəstələri düzülmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlilləri ilə səmimi söhbəti zamanı onlar göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Rayon ərazisində saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Quba şəhər qəbirstanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Raqib Hüseynovun və digər şəhidlərin məzarlarını ziyarət etmişdir. Eyni zamanda, Küçeyi kənd qəbirstanlığında 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarı da ictimaiyyət tərəfindən ziyarət olunmuşdur.
Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmiş, ziyarətdə Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.



























