Qubada vətəndaşlarla görüş keçirildi
Vətəndaşların müraciətlərinin dinlənilməsi və qaldırılan məsələlərin operativ həlli məqsədilə qrafikə uyğun olaraq fərdi qəbullar keçirilmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən vətəndaşları narahat edən sosial, məişət və digər məsələlər diqqətlə dinlənilmiş, müraciətlər üzrə qanunvericiliyə uyğun izahatlar verilmiş və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
















