Qubada vətəndaşlarla görüş keçirildi
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov fərdi vətəndaş qəbulu keçirmişdir
Görüşlərdə sakinlərin sosial və infrastruktur məsələləri ilə bağlı müraciətləri dinlənilmiş, onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaş qəbullarının keçirilməsi insanların problemlərinin birbaşa dinlənilməsinə, operativ həllinə və bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
















