Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən növbəti vətəndaş qəbulu keçirilmişdir. Qəbul zamanı rayonun müxtəlif kənd və qəsəbələrindən gələn vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.