media-507
Bağbanlı qəsəbəsində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
2 oktyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin Bağbanlı qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmiş, səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə qəsəbənin Şəhidlər xatirə kompleksinin, Bağbanlı qəsəbə tam orta məktəbinin önündə qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Mütəllimov Rövşən Qəni oğlunun büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.
media-500 media-501 media-502 media-503 media-504 media-505 media-506 media-507
****
Həmçinin İlqar Mahmudov Rustov kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
3 oktyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rustov kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər bulaq-xatirə kompleksinin qarşısına gül dəstələri düzmüşdür.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, Rustov kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı 1967-ci ildə tikilmiş, lakin son tamamlama işləri aparılmamış, hazırda əsaslı təmirə ehtiyacı olan Rustov kənd tam orta məktəbinin binasının mövcud vəziyyəti ilə yaxından tanış olmuşdur.
media-508 media-509 media-510 media-511 media-512 media-513 media-514 media-515 media-516

media-728x90banner

Bənzər xəbərlər