media-58
Qubada yeni sənaye müəssisəsinin tikintisi sürətlə davam edir.
Quba rayonunda meyvə emalı sahəsində böyük bir sənaye layihəsinin həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Ümumi dəyəri 25 milyon manat olan bu müəssisə 2 hektar ərazini əhatə edir və tam istifadəyə verildikdən sonra 112 nəfərin daimi məşğulluğu təmin olunacaqdır.
Tikintisi davam edən zavodda meyvə konsentrantı və meyvə şirəsinin istehsalı və qablaşdırılması həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 4000 ton məhsul təşkil edəcəkdir ki, bu da həm yerli bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.
Bu layihənin gerçəkləşməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi ardıcıl dəstəyin və regionlarda qeyri-neft sektorunun gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin bariz nümunəsidir.
Eyni zamanda, Quba Rayon İcra Hakimiyyətinin rayonda sahibkarlığın və yerli istehsalın genişlənməsi istiqamətində gördüyü sistemli işlər, bu kimi layihələrin reallaşmasında mühüm rol oynayır.
Zavodun fəaliyyəti bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına, əlavə dəyər yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcəkdir.
Müəssisənin rəsmi açılışı 2025-ci ilin sentyabr ayında nəzərdə tutulur. Hazırda tikinti və texnoloji avadanlıqların quraşdırılması işləri son mərhələyə çatmışdır.
media-55 media-56 media-57 media-58

media-728x90banner

Bənzər xəbərlər