Qubadlı ictimayyəti Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Sumqayıt şəhəri, Bəyaz şadlıq sarayında ehsan verildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Hüquq mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi darisi üzrə nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin bustu önünə gül dəstələri qoyuldu.
Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbir Sumqayıt şəhəri, “Bəyaz” şadlıq sarayında ehsan süfrəsinin verilməsi ilə davam etdirildi.















