media-24
Alpan kəndində səyyar vətəndaş qəbulu keçirilib.
23 aprel 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alpan kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Alpan kəndində yerləşən Şəhidlər xatirə kompleksini və Alpan kənd Folklor evinin qarşısında ucaldılmış Birinci Qarabağ müharibəsi şəhidi Şakir Muradovun büstünü ziyarət etmiş, önünə gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, eləcə də rayonda aparılan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə kənd sakinlər ətraflı məlumatlandırılmış, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə müvafiq şəxslərə yerindəcə tapşırıqlar verilmişdir.
Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə hazırda əsaslı təmir işləri aparılan Alpan kənd tam orta məktəbi ilə tanış olmuş, məsul şəxslərə lazımi tapşırıqlarını vermişdir
media-22 media-23 media-24 media-25 media-26 media-27

media-728x90banner

Bənzər xəbərlər