Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin, partiya sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlının, partiyanın gənclərlə iş şöbəsinin müdiri Günel Məmmədovanın deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə XALQ.AZ-a partiyandan məlumat verib.

Partiyadan bildirib ki, Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı, Elçin Mirzəbəylinin 90 saylı Ağsu, Niyaməddin Orduxanlının 50 saylı Abşeron 3-cü, Günel Məmmədovanın isə 109 saylı Qazax seçki dairəsindən irəli sürülüb.

Məlumatda həmçinin diqqətə çatdırılır ki, digər namizədlərin imzatoplama kampaniyası yekunlaşmaq üzrədir.


media-728x90banner

Bənzər xəbərlər