Qurban bayramında bu qaydalar tətbiq olunacaq
“Keçən il olduğu kimi bu ilki Qurban bayramını da pandemiya dövründə keçirəcəyik”.
XALQ.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, şəhərdə dövlətimizin kəsim məntəqələri təşkil olunub: “Ümumilikdə isə, Azərbaycan Respublikası üzrə 60-dan çox kəsim məntəqəsi var və insanlar bu yerlərdə heyvanların kəsimini icra edəcəklər. Rayonlarda insanların öz həyətlərində qurbanlığının kəsimini icra edə bilirlər. Şəhər mühitində isə Bakıda xüsusən Sumqayıt kimi böyük şəhərlərdə bunu insanlar açıq havada və ya küçədə icra edə bilmirlər”.
Hacı Fuad Nurullayev həmçinin qeyd edib ki, insan sıxlığı yaranmaması üçün kəsim məntəqələri təşkil edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu işə ciddi nəzarət edir. Burada Səhiyyə Nazirliyinin də nümayəndələri olur. İnsanlar əvvəlcədən internetdə yəqin ki, AQTA tərəfindən yerləşdirilən kəsim məntəqələrinin yerlərini müəyyən edərək, orada qurbanlıqlarını kəsə bilərlər”.










