Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində 61 saylı  Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Aslanovun təbliğat-təşviqat kampaniyası davam edir.

61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 15-də Qusar rayonu Ukur, Əçəxur, Böyük Muruq, Gican, Quturğan, Qənarçay və Sudur kəndlərində  seçicilərlə görüş keçirib.

 XALQ.AZ məlumat verir ki, ilk öncə ehtiyatda olan polkovnik Rəşad Aslanov şəhid məzarlarını ziyarət edərək öz ehtiramını bildirib.  Kənd sakinləri ilə görəşən Rəşad Aslanov  öz platformasından danışaraq həllini gözləyən problemlərdən xəbərdar olduğunu qeyd edib. O, 1 sentyabrda keçiriləcək  növbədənkənar parlament seçkilərində fəal iştirak etmək etmək üçün çağırış edib. Kənd sakinləri onu rəğbətlə qarşılayaraq bildiriblər ki, seçkilərdə ona səs verəcəklər və onu qalib görmək istəyirlər.

Qərərgahdan bildirirlib ki, seçicilərlə görüşlər davam etdirilir.

 


media-728x90banner

Bənzər xəbərlər