media-mezz

Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçay məcrasını dəyişərək 6 evi təhlükə altında qoyub.

Sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, artıq çayla evlər arasındakı məsafə bir neçə metrə qədər azalıb, nəticədə, çayın səviyyəsi qalxdıqca kənd camaatı üçün təhlükə kritik həddə çatır.

Sakinlər deyirlər ki, artıq bəzi torpaq sahələri tamamilə itirilib, bir neçə fərdi təsərrüfat isə uçqun riski ilə üz-üzədir.

Çayın istiqamətinin dəyişməsinə səbəb isə burada vaxtında bəndlərin çəkilməməsidir. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahilbərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Qusar Su Melorasiya Sistemlərinin İstismarı İdarəsində “Xəzər Xəbər”ə bildirildi ki, məsələdən xəbərdardırlar və bu ilin sonuna kimi problem həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


media-728x90banner

Bənzər xəbərlər