Xəbər verdiyimiz kimi 61 saylı Qusar seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd ehtiyatda olan polkovnik Rəşad Aslanov sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasını davam etdirir.

XALQ.AZ -a deputatlığa namizəd Rəşad Aslanovun gərargahından verilən məlumata görə, Qusardan iddialı namizəd Rəşad Aslanov  seçicilərlə növbəti görüşü Qusar şəhəri Gen. M.Əbilov adına mərkəzi meydanda keçirilib. Yüzlərlə qusarlılar ehtiyatda olan polkovnikə dəstək vermək üçün meydana toplaşmışdılar.

Görüşdə çıxış edər Rəşad Aslanov gələcəkdə görüləcək işlərdən danışaraq Qusar sakinlərini narahat edən məsələlərin mərhələli şəkidlə qanunvericiliyimizin tələblərinə uyğun olaraq həll olunması üçün lazımi addımların atılacağını qeyd edib.

Görüşdə çıxış edən ehtiyatda olan general-mayor Elman Orucov qusarlılara səslənib, layiqli namizədə Sizlərdən birinə səs veməyə çağırış edib. O, çıxışında Rəşad Aslanovun vətənpərvər,qəhramanlıq sücayətlərindən söz açaraq gənc nəslə örnək olacaq xususiyyətlərindən danışıb.

Tanınmış televiziya aparıcısı,ictimai xadim Hacı Nuran Hüseynov Rəşad Aslanovun  dövlətə sədaqətindən xalqımıza xidmətindən danışaraq 44 günlük vətən müharibəsində göstərdiyi sücayətlərini sadalayaraq Zəfərimizi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhraman hərbçilərimiz sahəsində qazandığımızı vurğulayıb.

Zəfərimizi qazananlar xalqımızın ən layiqli övladlarıdır.Onlar Azərbaycan tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizi bərpa ediblər. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, qazilərimizə  Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı nəticəsində onlar sağlamlıqları bərpa olunur.  Biz igid övladlarımızı vətən üçün,xalqımız üçün çalışdığının şahidiyiq. Mən əziz qusarlılara səslənərək Rəşad Aslanova səs veməyə çağırıram. Ən layiqli olanlar Azərbaycanımızın gələcəyi üçün calışağına heç şübhəniz olmasın.

Görüş zamanı çıxış edən Qusar ziyalıları  və gənclər seçkilərdə iştirak edib Rəşad Aslanovu biz qalib etməliyik deyə bildiriblər. O,bizim səsimiz olmalıdır.

Rəşad Aslanov çıxışının sonunda qeyd edib ki, mən Sizlərdən biri olaraq Azərbaycan üçün,Qusarımız üçün calışacağam. Gənclərə dövlət dəstəyi proqramlarının artırılması üçün yeni təkliflər hazırlanamasını, vətənpərvərlik mövzularda lahiyələrin işlənməsini, gənc nəslin narkomaniya bəlasından xilas olması üçün, potensiallı gənclərimizin daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlərin təkmilləşdirilməsinə Sizlərlə birgə nail olacayıq.

Mən vətəmizi yağı düşməndən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xilas etdim, zaman Azərbaycanımızın inkişafına dəstək vermək Qusarımızın turizmini dünyada tanıtmaqdır.

Dövlətə -sədaqətlə,xalqımıza-şərəflə xidmətə davam edək deyərək Rəşad Aslanov  1 sentyabr 2024-cü ildə ölkəmizin gələcəyi üçün növbədənkənar parlament seçkilərində Sizlərdən birinə səs verməyə çağırırışını edib.

 

 


media-728x90banner

Bənzər xəbərlər