Radikal ritorika ölkənin nüfuzuna zərər verə bilməz
Azərbaycanın xarici siyasət kursu və uğurları tarixdə olmadığı qədər diqqət çəkir və aparıcı qüvvələrdən birinə çevrilib.
ABŞ Prezidenti Donald Trampın Ermənistan–Azərbaycan münasibətlərində mümkün sülh prosesini “ədalətli və hüquqa əsaslanan model” kimi təqdim etməsi, ilk növbədə Azərbaycanın regionda artan rolunun və rəsmi Bakının diplomatik fəallığının beynəlxalq müstəvidə nəzərə alındığını göstərir. Bununla yanaşı, istənilən beynəlxalq qiymətləndirmə təkcə bir liderin siyasətinin deyil, həm də mürəkkəb geosiyasi reallıqların, regional maraqların və böyük güclərin balans siyasətinin nəticəsidir.
Belə bir həssas mərhələdə dövlət başçısının ABŞ-yə səfəri zamanı baş verən radikal xarakterli aksiyalar, güya “azadlıq çərçivəsi” kimi təqdim olunsa da, ölkənin beynəlxalq imicini mənfi tərəfdən göstərməkdən başqa heçnə deyil və ölkə daxilində böyük qınaqla qarşılandı.
Məsələyə daha geniş baxdıqda aydın olur ki, xarici siyasətdə əldə olunan uğurların davamlı olması üçün, daxili həmrəylik, sağlam ictimai dialoq və müxtəlif baxışların konstruktiv müzakirəsi vacibdir.
Hər hansı, radikal ritorika ölkənin nüfuzuna zərər verə bilməz və törədilən bu hərəkətlər yalnız qeyri-əxlaqi deyil, həm də birbaşa milli maraqlara xəyanətin ifadəsidir!
Ülviyyə Həmzəyeva
Millət vəkili










