Mərakeşin paytaxtı Rabat şəhərində karate üzrə Premyer Liqası seriyasının növbəti turniri başa çatıb.

XALQ,AZ xəbər verir ki, Azərbaycan təmsilçisi Rafael Ağayev (75 kq) finalda özbək Dastanbəy Otabolayevi 3:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.

https://youtu.be/NMMxVNXQPjg

Digər Azərbaycanı təmsil edən idmançı İrina Zaretska (68 kq) finalda uduzub. Tural Ağalarzadə (67 kq) və Şahin Atamov (+84 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, bu il beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev Premyer Liqa seriyalarından dördündə də medal qazanıb. O əvvəlki yarışlarda bir qızıl, bir gümüş və bir bürünc medal əldə etmişdi.

 

 

Elgün


media-728x90banner

Bənzər xəbərlər