Rafiq Quliyev qanunsuz tikintilərə hansı şərtlərlə icazə verir? -Video
Xətai rayonunda növbəti qanunsuz tikinti.
XALQ-a daxil olan məlumata görə Xətai rayonu Lütfizadə küçəsi 96 küçəsində qanunsuz tikinti işləri aparılır.
Qanunsuz tikinti gecə vaxtlarında aparıldığı bildirilir. Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur.
Qanunsuz tikinti ilə bağlı Xətai rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.
Məsələ ilə bağlı qurumaların mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, 2019-cu ildən Xətai rayon icra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.
Həmin görüntüləri təqdim edirik:










