media-97

Paytaxtın Xəzər rayonu, Ramana qəsəbəsi, Anar Mehdiyev küçəsində tikilən çayxana sakinlərin narazlığına səbəb olub.

XALQ-ın məlumatına görə, sakinlər iddia edirlər ki, rəsmi sənədi olmayan iaşə obyekti qanunsuz artırılıb, üstəlik, əraziyə toplaşanların səs küyü narahatlığa səbəb olur.

Həmçinin sözügedən ərazidə ağacların da kəsildiyi iddia olunur.

Lakin sahibkar səs-küylə bağlı olan şikayətləri təkzib edir. Onun sözlərinə görə, obyektdə səs-küyə səbəb olacaq heç nə yoxdur. Obyektin qanunsuz olmasına gəldikdə isə, sahibkar deyib ki, sənədlər aidiyyəti üzrə təqdim olunub və yaxın vaxtlarda çıxarış alacaq.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsək də, cavab ala bilmədik.

DİN-in Mətbuat xidmətnin əməkdaşı Elbrus İbrahimov isə bildirdi ki, qeyd olunan obyektdə səs-küylə əlaqədar sakinlərin müraciəti əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılıb və icarədara xəbərdarlıq edilib. Gələcəkdə bu kimi halların təkrarlanacağı təqdirdə barəsində əlavə məsuliyyət tədbirlərinin görüləcəyi onun diqqətinə çatdırılıb.

Ağacların kəsilməsi ilə bağlı iddialara gəldikdə isə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirildi ki, sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb və təsdiqini tapıb.

Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


media-728x90banner

Bənzər xəbərlər