Daxili İşlər naziri Ramil Usubov işdən çıxardığı polis mayoruna yeni vəzifə verib.

 

XALQ.AZ  xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə  polis mayoru Anar Hüseynovu təyin edib.

Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) cinayət axtarış bölməsinin rəisi olub. Bir müddət öncə o, sözügedən vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

 

Orxan


media-728x90banner

Bənzər xəbərlər