Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

XALQ-ın  məlumatına görə,Dövlət Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.

Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edib.  Səbail Rayon Məhkəməsi 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.


media-728x90banner

Bənzər xəbərlər