“Ramiz müəllimin şəkili yoxdur…”-Video
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar şəhidlərinin ziyarəti zamanı jurnalistin sualı qarşısında çətin anlar yaşayıb.
XALQ məlumat verir ki, Barometr tv üçün jurnalist Toğrul Kamalov akademik İsa Həbibbəylidən “Ramiz Mehdiyevin fotosu Milli Elmlər Akademiyasında hələ də tabloda qalırmı?” sualını ünvanlayıb. Kameralar qarşısında bir neçə saniyə burnunu təmizləyən İsa Həbibbəyli suala dərhal aydın cavab verməkdə çətinlik çəkib. Onun dedikləri ilk anda tam anlaşılan olmayıb.
Daha sonra jurnalistin köməyi ilə “götürülüb” ifadəsi səsləndirilsə də, akademik İsa Həbibbəyli bunu dəqiqləşdirərək bildirib: “Milli Elmlər Akademiyasında Ramiz müəllimin şəkli yoxdur.”
Nəticədə ortaya kifayət qədər maraqlı və sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülər çıxıb. Hadisə ictimaiyyət arasında AMEA-da aparılan dəyişikliklər və əvvəlki rəhbərliklə bağlı məsələlərə diqqəti bir daha artırıb.










