Rasim Balayev vəfat etdi
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.
XALQ xəbər verir ki, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Məlumatına görə, Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. O, Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin”.










