“Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək ki, bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir”.

XALQ xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur. Üçüncü məsələ – investisiya xərclərinin strukturudur. Büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulsa da, şəffaflıq hələ də əsas problem olaraq qalır. Hansı layihənin ölkə iqtisadiyyatına hansı effekt verəcəyi konkret şəkildə göstərilmir. İnvestisiya proqramlarında prioritetlər bəzən siyasi, bəzən inzibati qərarlarla formalaşır, iqtisadi rasional yanaşma isə ikinci plana keçir. Nəticədə xərclərin effektivliyi azalır. Büdcə vəsaiti xərclənir, amma ölkə iqtisadiyyatı həmin xərclərin dəyərini tam qaytara bilmir”, – deputat qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər