media-005
İmişlidə seçicilərlə görüşdüm, ailələri ziyarət etdim və yas məclislərində oldum.
 Bunu Milli Məclisin deputatı Razi Nurullayev sosial hesabında paylaşıb
Millət vəkili bildirib ki, insanların qayğısı çoxdur və bu məni narahat edir. Dövlət orqanları vətəndaşlara kömək etməlidir, bu onların borcudur, belə görünür ki, bu xidmət yaxşı səviyyədə deyil. Bir də görürəm ki, xidmətlərin haqqı, qiymətlər, hətta cərimələr də günü-gündən artır, nəzarət çoxalır və sanki vətəndaşlardan daha çox pul qopartmaq üçün yeni-yeni əlavələr düşünülür.
Bunun səbəbindən biri dövlət orqanlarının vəzifəli şəxslərinin xalqdan uzaq düşməsidir. Rahat kreslolarda da insanları qəbul etməklə onların çətinliyini başa düşmək olmaz. Bir çoxları ümumiyyətlə rahat həyatdan, cah-cəlallı yaşayışdan kresloya yiyələniblər deyə heç xəbərləri də yoxdur ki, bu dövlət necə qurulub, hansı fəlakətlərdən, çaxnaşmalardan keçib deyə qeyd edib.
media-001 media-002 media-003 media-004 media-005 media-006 media-007 media-008media-010 media-011 media-012 media-013
Həmçinin Şəhid atası, İmişli rayonunun Nurulu kəndində yaşayan ağır vəziyyətdə xəstə yatağında olan şəhid atası Yerevan kişini ziyarət etdim. Halına ürəyim ağrıdı. Çox gözəl kişidir. Bir neçə ay öncə onu gözünün müalicəsi ilə bağlı “Dünyagöz” xəstəxanasına da gətirmişdim.deyə millət vəkili qeyd edib.
media-90

media-728x90banner

Bənzər xəbərlər