Razi Nurullayevdən TƏBRİK: “Cəmiyyətimizin maarifləndirilməsində əhəmiyyətli rolunuz var”
XALQ.AZ xəbər portal 12 ildir fəaliyyəti göstərir.
Ölkəmizin elektron xəbər məkanında özünəməxsus yeri olan saytın ünvanına təbriklər gəlməkdədir.
Həmin təbrikləri təqdim edirik:
XALQ.AZ xəbər portalının 12 illik fəaliyyətini Azərbaycan mediasında etibarlı və peşəkar jurnalistika nümunəsi kimi qiymətləndirirəm. Portal ölkədə və dünyada baş verən hadisələri obyektiv, operativ və dəqiq şəkildə işıqlandıraraq, oxuculara etibarlı informasiya təqdim edib. Bu müddət ərzində Xalq.az cəmiyyətin məlumatlanmasında və maarifləndirilməsində əhəmiyyətli rol oynamış, öz peşəkarlığı ilə oxucuların inamını qazanmışdır. Mediada davamlı, faydalı və yüksək keyfiyyətli fəaliyyətinə görə Xalq.az komandasını təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.
Razi Nurullayev
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri