Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində 61 saylı  Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Aslanovun təbliğat-təşviqat kampaniyası davam edir.

XALQ.AZ məlumat verir ki, 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 20-də Qusar rayonu  Gilahoba, Şirvanlı, Qaratoba, Üzdənoba, Cağar və Çətkün  kəndlərində seçicilərlə görüşüb.

Ehtiyatda olan polkovnik Rəşad Aslanovun seçki platforması görüş iştirakçılarının diqqətinə çatdırılıb.  Rəşad Aslanov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsində Azərbaycanımız daha da inkişaf edərək qarşıya qoyulan əsas hədəflərə tez bir zamanda çatacaq. Doğma qusarlılar, Sizlərin mənə müraciətləri hər biri qeydiyyata alınıb.Problemlərinizin həlli üçün biz birlikdə çalışmalıyıq. Sizin qayğılarınızdan xəbərdaram. Bütün qaldırlıan məsələlər zamanla həll olunmasına nail olacayıq. 1 sentyabrda seçkilərdə fəal iştirak edib Sizlərdən birinə səs verəcəyiniz üçün hər birinizə təşəkkür edirəm . Kənd sakinləri, ağsaqallar görüşlərdə  bidiriblər ki, seçkilərdə Rəşad Aslanova səs verəcəklər.

Qərargahdan bildirilib ki, görüşlər davam edir.

Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.


media-728x90banner

Bənzər xəbərlər