Rəşad Aslanov Qusarın əzmkar həkimləri ilə görüşdü- Video-Foto
XALQ.AZ məlumat verir ki, 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 22-də Qusar rayonunda OKİ hospitalında tibb işçiləri ilə görüş keçirib.
Ehtiyatda olan polkovnik Rəşad Aslanovun seçki platforması görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxış edən deputatlığa namizəd Rəşad Aslanov bildirib ki, ölkədə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də islahatlar aparılır vətəndaşlarımızın sağlamlığı keşiyində dayanan əzmkar həkimlərimiz yorulmadan çalışırlar. Mən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram deyə bildirib.
Hospitalın rəhbəri Dr. Malik Kərimov çıxış edərək ehtiyatda olan polkovnik Rəşad Aslanovun dövlətimiz, xalqımız, qaşısında xidmətlərini bütün gənclərə nümünə göstərərək bildirib ki, igid, vətənpərvər xüsusiyyətlərinə malik olanlar bizlər üçün əlindən gələni əsirgəməyəcəklər. Dr. Malik Kərimov həmkarlarına və qusarlılara çağırış edərək 1 sentyabrda keçiriləcək parlament seçkilərində Rəşad Aslanova səs verməyə dəvət edib.
Diğər natiqlər çıxışları zamanı Rəşad Aslanova səs verəcəklərini bildiriblər.
Qərargahdan bildirilib ki, görüşlər davam etdirilir.
Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.