Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki,50 yaşlı diplomat  Rəşad İsmayılov 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub. 2018—2022-ci illərdə Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri.  2023-cü ilədək Azərbaycan Respublikası Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi vəzifələrində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Vətənə xidmət ordeni ilə təltif olunub.

 

 

 


media-728x90banner

Bənzər xəbərlər