media-7
Bayram ab-havasının yaşandığı bu gözəl günlərdə millət vəkili Rəşad Mahmudov tərəfindən Astara rayonunda seçicilərlə növbəti görüş keçirildi.
XALQ xəbər verir ki,görüş zamanı vətəndaşların sosial problemləri, sağlamlıq vəziyyəti ilə bağlı müraciətləri, eləcə də hüquqi müstəvidə olan məsələlər diqqətlə dinlənildi. Qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həll olundu, digər məsələlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara yönləndirildi və nəzarətə götürüldü.
Eyni zamanda, qarşıdan gələn bayram münasibətilə sakinlərlə səmimi söhbətlər aparıldı, onların bayram əhval-ruhiyyəsi bölüşüldü.
Qeyd edək ki, görüşdə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov də iştirak etmişdir.
Bayramlar insanları bir araya gətirən, həmrəyliyimizi gücləndirən ən dəyərli anlardır. Bu münasibətlə hər kəsə sağlamlıq, rifah və xoş günlər arzulayırıq.
media-1 media-2 media-3 media-4 media-5 media-6 media-7 media-8 media-9 media-10 media-11 media-12

media-728x90banner

Bənzər xəbərlər