Rəşad Mahmudov Astarada bu vətəndaşların müraciətlərini həll etdi
Millət vəkili Rəşad Mahmudov Yeni Azərbaycan Partiyasının Astara Rayon Təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.
XALQ xəbər verir ki,qəbul zamanı 20-dən çox vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən səhiyyə və sağlamlıqla bağlı məsələlər, həmçinin sosial, hüquqi və məişət problemləri ilə əlaqədar olub.