Rəşad Mahmudov Astarada vətəndaşların müraciətlərini həll etdi
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov Astara şəhərində növbəti vətəndaş qəbulu keçirmişdir.
XALQ xəbər verir ki,görüşdə millət vəkili ona ünvanlanan sual və müraciətləri dinləyib, seçiciləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb. Qəbulda vətəndaşların qaldırdıqları məsələlər nəzarətə götürülüb. Görüş zamanı bir sıra məsələlər yerindəcə həll olunub. Eyni zamanda, qaldırılan bəzi məsələlər nəzarətə götürülüb, digərlərinin həlli istiqamətində aidiyyatı üzrə yönləndirilib.