Rəşad Mahmudov Astarada vətəndaşların müraciətlərini həll etdi
Milli Məclisin deputatı Rəşad Mahmudov Astarada seçicilərlə görüşdü.
XALQ məlumat verir ki, millət vəkili fərdi qaydada seçicilərlə görüş keçirib.
Millət vəkili bildirib ki, vətəndaşlarımızla görüşlərimizi davam etdirik Görüşlər zamanı 20-dən çox vətəndaşımızın müraciətləri dinlənildi. Qaldırılan əsas məsələlər arasında: əlillik təyinatının bərpası, sosial müavinətlərlə bağlı çətinliklər, torpaq sahələrinin hüquqi sənədləşdirilməsi və digər sosial hüquq məsələləri yer aldı.
Mümkün olan məsələlər yerindəcə həll edilməyə çalışıldı, digər məsələlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydiyyata alındı. deyə deputat bildirib.