Rəşad Mahmudov Astarada vətəndaşların müraicətlərini həll etdi
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov Astarada seçiciləri qəbul edib.
XALQ xəbər verir ki, qəbul zamanı seçicilər əsasən sosial və səhiyyə problemləri, eləcə də bəzi kəndlərdə yolların yenidən qurulması ilə bağlı məsələləri səsləndiriblər. Millət vəkili Rəşad Mahmudov vətəndaşların müraciətlərini dinləyərək, onların qaldırdıqları problemlərin araşdırılması və həlli istiqamətində müvafiq qurumlarla əlaqə saxlanılacağını bildirib.

















