“Düşünürəm ki, verilən qərarlarda, xüsusən bəlli insanlar arasında yaşlı namizədlərin görünməsi çox uğurlu addımdır”.

XALQ.AZ  xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov jurnalistlərə açıqlamasında deyib.

“Hər zaman olduğu kimi yeni, gənc namizədləri görürük. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının tarixində ciddi fəaliyyət göstərmiş və bu gün Azərbaycan cəmiyyətində özünəxas yeri olan, uzun illər Milli Məclisdə də deputat olmuş insanların yenidən namizədliyini verməsi çox doğru qərardır.

Dünya təcrübəsi də göstərir ki, hər zaman bu, birmənalı olaraq parlament və dövlətçilik həyatında çox önəmli məqamlarda fayda verir. Mən düşünürəm ki, verilən qərarlar arasında xüsusən bəlli insanlar arasında yaşlı namizədlərin görünməsi çox uğurlu bir addımdır”, – deyə o bildirib.

Qeyd edə ki, YAP İdarə Heyətinin üzvü, tibbi elmləri doktoru Rəşad Mahmudovda seçkilərdə mübarizə aparacaq.

Qeyd edək ki, altıncı çağırış Milli Məclisdən  Rəşad Mahmudov 77 saylı Astara seçki dairəsinin deputatı olub.


media-728x90banner

Bənzər xəbərlər