Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.
XALQ.AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 79 saylı  Astara seçki  Dairəsindən   deputatlığa namizədi Rəşad Mahmudov qeydə alınıb.
 Bu barədə Rəşad Mahmudov sosail heasabında yazıb: “Yeni Azərbaycan Partiyasının tövsiyəsinə uyğun olaraq 79 saylı Astara seçki dairəsindən namizədliyim qeydə alındı. Seçkilərə yenidən, mənə doğma olan Astaradan qatılmaq çox məsuliyyətli və qürurvericidir.

Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla hər birinizin və seçicilərimin etimadını doğrultmaq ən böyük amal və məqsədim olacaqdır.  Xankəndili, Şuşalı, Xocalılı Bütöv Azərbaycanın ilk Parlament seçkilərində iştirak etmək böyük şərəfdir! deyə qeyd edib.
Qeyd edək ki, Tibb elmləri doktoru Rəşad Mahmudov  Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvüdür.

media-728x90banner

Bənzər xəbərlər