Rəşad Mahmudov elmi məruzə ilə çıxış edib.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycan Kardiyologiya Cəmiyyətinin Milli Konqresində elmi məruzə ilə çıxış edib.
XALQ xəbər verir ki, millət vəkili müasir dünyanın və dünya kardiologiyasının ən aktual problemlərindən biri olan ürək çatışmazlığında “nəyi, nə zaman və necə etməli, nəyi isə etməməliyik” mövzusu ətrafında geniş debat və diskusiyalarda iştirak edib. R. Mahmudov qeyd edib ki, çox məhsuldar və faydalı bir toplantı oldu. Düşünürəm ki, məhz bu formatda aparılan elmi müzakirələr Azərbaycan kardiologiyasının artıq yalnız beynəlxalq tövsiyələri izləyən deyil, eyni zamanda öz real klinik təcrübəsinə, nəticələrinə və elmi arqumentlərinə əsaslanaraq beynəlxalq platformalara çıxış edə bilən bir səviyyəyə çatdığını göstərir.
Qazanılan bu uğurlar hər bir səhiyyə işçisinin peşəkar məsuliyyətinə və eyni zamanda Azərbaycanlı kimliyinə xidmət edir. Ümid edirəm ki, bu müzakirələr təkcə həkimlərin bilik və bacarıqlarının artmasına deyil, eyni zamanda bizdən ümid və şəfa gözləyən xəstələr üçün daha doğru qərarların verilməsinə xidmət edəcək. Harada müdaxilə etməliyik, harada isə artıq müdaxilədən çəkinməliyik – bunu düzgün müəyyən etmək müasir tibbin əsas çağırışlarından biridir və bu cür debatlar bizə yeni baxış bucaqları qazandırır deyə millət vəkili Rəşad Mahmudov qeyd edib.










