Rəşad Mahmudov Kubanın səfiri ilə görüşdü
Azərbaycan–Kuba parlamentlərarası dostluq qrupunun rəhbər, millət vəkili Rəaçd Mahmudov Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Carlos Enrique Valdés de la Concepción ilə görüş keçirib
XALQ-a millət vəkili bildirib ki, Azərbaycan–Kuba parlamentlərarası dostluq qrupunun rəhbəri kimi baş tutan görüşdə dünyada və regionumuzda baş verən proseslər, qlobal və regional səviyyədə formalaşan yeni geosiyasi vəziyyət geniş müzakirə olundu. Xüsusilə beynəlxalq münasibətlər sistemində baş verən gərginliklər, Yaxın Şərqdə artan qarşıdurmalar, Ukrayna–Rusiya müharibəsinin davam etməsi və ümumilikdə beynəlxalq hüquq normalarının qorunmasının vacibliyi ətrafında fikir mübadiləsi aparıldı.
Rəşad Mahmudov qedy edib ki, söhbət zamanı Kuba Respublikasının mövcud beynəlxalq vəziyyətdə üzləşdiyi çətinliklər və iqtisadi-siyasi mühitlə bağlı məsələlər də müzakirə olundu. Bildirdim ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə xüsusi önəm verən ölkələrdən biridir. Bu yanaşma yalnız bəyanatlarda deyil, ölkəmizin həyata keçirdiyi siyasətdə də aydın şəkildə öz əksini tapır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu prinsipial mövqeyini ardıcıl şəkildə davam etdirir.
Deputat bildirib ki,görüşdə eyni zamanda Azərbaycan ilə Kuba arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə edildi.














