media-1
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov bu gün Lənkəranda keçirilən Milli Pediatriya Akademiyasının regional konfransında iştirak etmişdir.
Konfransın açılış hissəsində ölkəmizdə son illər səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial və tibbi layihələrdən bəhs edilmiş, səhiyyə infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.
Daha sonra əsas məruzəçi qismində çıxış edərək, klinik protokolların müasir tibbi praktikada tətbiqinin əhəmiyyətindən danışılmış, sübutlara əsaslanan tibbin real klinik mühitdə düzgün və sistemli şəkildə tətbiqinin xəstə təhlükəsizliyi, diaqnostik və müalicə qərarlarının vahidləşdirilməsi baxımından vacibliyi auditoriyaya geniş şəkildə çatdırılmışdır. Həmçinin klinik protokolların istifadəsinin səhvlərin azaldılması, qərarvermə prosesinin sürətləndirilməsi və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi baxımından rolu xüsusi qeyd edilmişdir.
Konfrans çərçivəsində paytaxtdan və bölgələrdən gəlmiş qonaqlarla birlikdə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildirmişlər. Tədbir Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Konfrans gün ərzində elmi məruzələrlə davam edəcəkdir.
media-1 media-3 media-4 media-5 media-6

media-728x90banner

Bənzər xəbərlər