Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirildi. İdarə Heyətinin üzvü kimi mən də bu iclasda iştirak etdim.
XALQ.AZ məlumatına görə, bunu YAP İdarə Heyətinin üzvü  t.e.doktoru  Rəşad Mahmudov sosial hesabında yazıb.
 Rəşad Mahmudov bildirib ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı elan edildi və müzakirələrdən sonra təsdiq olundu. Partiyamızın Sədri və ölkə başçısı İlham Əliyev tərəfindən namizədlikləri iləri sürülmüş şəxslər arasında yenidən olmaq həm böyük etimad və qürur, həm də çox böyük məsuliyyətdir. Bu çətin, məsuliyyətli və şərəfli yolda partiyamızın və seçicilərin etimadını yenidən doğrultmaq ən böyük arzu və hədəfim olacaqdır. Xankəndili, Xocalılı, Şuşalı Vətənimizin ilk Parlament seçkilərində iştirak etmək, nəticəsindən asılı olmadan hər bir azərbaycanlı üçün böyük fəxarətdir deyə
R. Mahmudov qeyd edib

media-728x90banner

Bənzər xəbərlər