Artıq neçə illərdir ki, bəzi insanlar üçün həkimin yazdığı hər dərman “şübhəli”dir. “
Yəqin firma dərmanıdır”, “Sənin nəyin var o şirkətlə?” – elə bil tibbi qərar yox, gizli sövdələşmədən gedir söhbət.
XALQ.AZ xəbər verir ki,bunu  Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov bildirb.
Millət vəkili qeyd edib ki, üzun illik təcrübəmlə deyə bilərəm ki, mən bu “firma dərmanı” ifadəsinə dünyanın heç bir sivil ölkəsində rast gəlməmişəm. Nə ABŞ-da, nə Almaniyada, nə Türkiyədə, nə də başqa bir yerdə həkim dərmanı seçəndə ona qarşı bu qədər şübhə və təzyiq olmur. Yəqin ki, həkimlərinə etibar edirlər. Bizdə isə bəzən həkim dərman yazmağa qorxur, çünki sabah sosial mediada linç oluna bilər deyə Rəşad Mahmudov bildirib. 
O qeyd edib ki, əgər dərman qanuni şəkildə qeydiyyatdan keçibsə,  keyfiyyətə nəzarətə cavab verirsə və farmakopeya standartlarına uyğundursa – o, sadəcə dərmandır.  İstifadə qaydası, təsiri, təhlükəsizliyi – bütün bunlar sənədlərlə təsdiq olunur. Brend adı və ya reklam səviyyəsi onun effektivliyini dəyişməyir. Nəticədə dərman ya keyfiyyətlidir, ya da deyil. Onun “firma” olub-olmaması, sadəcə, bazar münasibətlərinin nəticəsidir – tibbi dəyərin yox. Təəsüf ki,   biz bəzi qondarma anlayışları reallıq kimi qəbul edib, peşəkarları şübhəliyə çeviririk. Nəticədə zərəri də elə özümüz – pasiyentlər və səhiyəmiz – görürük.
Ayrıca da bu fikrin yaranmasına səbəb olan şirkətləri və həkimləri qınayıram deyə millət vəkili qeyd edib.

media-728x90banner

Bənzər xəbərlər