Gömrük Komitəsini Ürək Komandası olaraq dünən səhərin sübündən gecə saat 12 qədər çox yorucu və riskli çoxlu ağır ürək əməliyyatları (#SAVR, #TAVİ, #AKŞ vəs..) icra etdik.
 Bunu tibb elmləri doktoru  Rəşad Mahmudov sosial hesabında yazıb.
Rəşad Mahmudov bildirib ki, səhər saatlarında yarı ümid ilə xəstəxanamıza qəbul edilən, sürətli hazırlıqlardan sonra saat 17 əməliyata aldığımız 2 aylıq balamızı 6 saatdan sonra, gecə saat 23 radələrində reanimasiya şöbəsinə təslim edildi.
AortaPulmonarPəncərə adlı nadir görsənən ürək qüsuru ilə doğulan körpənin ağciyər təzyiqi sistemik təzyiqə bərabər idi. Bilənlər bilir ki, çox nadir görülməsi, anatomik çətinliklər, pulmonar hipertenziya, CPB, total sirkulatuar arrest vəs…kimi problemləri olan vəziyyət nə deməkdir.
Şükür ki, balamız bu gün ürəyi sağlam şəkildə, dünyanın ən qüvənli yeri olan anasının yanındadır.
Rəşad Mahmudov daha sonra bildirib ki, ilkin hazırlıqdan ana qucağına qədər gedən 24 saatlıq, amma bir ömrə bədəl çətin, riskli və məsuliyyətli yolda professional əməyi ilə inanılmaz nəticə ortaya çıxaran hər bir kəsə (inzibati şöbə başda olmaqla kiçik və orta tibbi personalı, laboratoriya, qan bankı, kardiologlar, ürək cərrahları, anestezioloqlar, perfiziyoloqlar, reanimatoloqlar, infeksionistlər, xəstəxana xidmətləri, əməliyatxana, reanimasiya və palatalarımızın bacarıqlı tibb bacıları,…) və Dövlətimizə sonsuz təşəkkürlər deyə qeyd edib.

media-728x90banner

Bənzər xəbərlər