Özlərini gözə soxmaq istəyən bir qrup aş pazlar və kurslar və s bizim Adımızdan və Loqolarımızdan istifadə edir və insanları aldadırlar.
Bu videoda gördüyünüz aşpaz da geyimində Azərbaycan Milli Kulinariya Assosiyasının
(AMKA) və Milli Üzvü olduğumuz Beynəlxalq Qurumların loqolarını gəzdirir.
Diqqətinizə çatdırırlq ki, bu adam AMKA-nın üzvü deyil və bu loqoları qanunsuz gəzdirir və Sizləri bununla aldadır.
Belə kəslərə inanmayın . Bunu Milli Kulinariya Assosiyasının rəhbəri Tahir Əmiraslanov  sosial hesabında yazıb.
Qeyd edək ki,  Milli Kulinariya Assosiyasının üzv olmayan  “Chef Rauf” kimi tanınan  Riva Hill Resort Lankaran da fəaliyyət göstərən aşpaz Rauf Agasiyevdir.  Məlumat almaq üçün Rauf Agasiyevlə əlaqə yaratmaq istəsəkdə Riva Hill Resort Lankaran inzibatçısı bildirib ki, Rauf Ağasıyev bu gündən artıq bizdə işləmir heç bir açıqlama verə bilmərik.

media-728x90banner

Bənzər xəbərlər