Roma Papası İstanbulda
Türkiyəyə səfəri çərçivəsində İstanbulda olan Roma Papası XIV Leo və onu müşayiət edən heyət Sultanəhməd məscidini ziyarət edib.
XALQ Türkiyə mətbuatına istinadən xəbər verir ki, ziyarət zamanı Roma Papasını Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul müftisi Emrullah Tuncel və məscidin işçiləri müşayiət ediblər.
Sultanəhməd məscidinin müəzzini Aşgın Musa Tunca XIV Leoya məscid haqqında məlumat verib.
Xatırladaq ki, Roma Papası XIV Leo Türkiyəyə səfəri çərçivəsində Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirib, eləcə də Anıtqəbiri ziyarət edib. O həmçinin Bursanın tarixi İznik qəsəbəsini ziyarət edib və burada dini xadimlərlə birlikdə Birinci Nikeya Kilsə Məclisinin 1700-cü ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edib.











