media-rovne

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.

Məlumatına görə, gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.

Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.

Teleqraf bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub.

Məlumata görə, yanğın nəticəsində motorlu yaxtalardan yeddisi yanaraq batıb, birinə isə ciddi ziyan dəyib.

 


media-anar
Qeyd edək ki, Anar Əlizadə  “Wikipedia” olan məlumata görə  “SOCAR”-ın keçmiş prezidenti, İqtisadiyyat  nazirinin müavini Rövnəq Abdullayevin bacısı oğludur.
“Union Grand Energy” şirkətlər qrupunun sahibi və baş icraçı direktoru, “Baku Business Factory”nin təsisçisi, “Socar Trading”in təsisçisi olub.

 


media-728x90banner

Bənzər xəbərlər